Gürcü teleaparıcı Giorgi Qabunianı qanunsuz izləməkdə şübhəli bilinən Rusiya vətəndaşı 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putinə niyə general rütbəsi verilmir? - Peskov açıqladı
Mənbə bildirib ki, Tbilisi Şəhər Məhkəməsi Rusiya vətəndaşı V.B-nin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
İstintaq çərçivəsində həbs edilən şəxsin Rusiya-Gürcüstan sərhədini saxta sənədlərlə keçməsi və teleaparıcı Giorgi Qabunianı 2020-ci ilin 11 fevralından 13 iyun tarixinədək sistematik şəkildə qanunsuz izləməsi və onun barəsində şəxsi məlumatlar toplaması sübuta yetirilib.
Qeyd edək ki, “Rustavi 2” telekanalının sabiq aparıcısı G. Qabunia 2019-cu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və daha sonra kanalın efirindən uzaqlaşdırılıb.
Bizim.Media