“Aİ Rusiyadan qaz və neft asılılığından qurtuldu” - Avropa Komissiyasının rəhbəri

Hazırda oxunan: “Aİ Rusiyadan qaz və neft asılılığından qurtuldu” - Avropa Komissiyasının rəhbəri

123949

“Avropa İttifaqı Rusiyadan qaz və neft tədarükündən asılılığından qurtulub”.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri bazar günü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

“Avropanın Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb. Rusiya səkkiz ayda Avropaya qaz ixracını 80% azaldıb. Biz birlikdə böyük zəhmət hesabına bunu kompensasiya edə bildik.

Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlar bizə kömək etdilər, onlar mayeləşdirilmiş və borularla təchizatda bizə dəstək oldular”, - fon der Lyayen bildirib.

AK rəhbərinin sözlərinə görə, Moskva ittifaq ölkələrinə enerji tədarükünü azaltmaqla Aİ-nin birliyini pozmağa çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin