İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutdu

Hazırda oxunan: İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutdu

123946

Bazar günü İran sərhədçiləri Əfqanıstanın Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhərinə artilleriya hücumu edib, nəticədə bir taliban yaraqlısı ağır yaralanıb, yaşayış binası dağıdılıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti Zarancdakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İranla həmsərhəd olan bu əyalətdə Taliban təhlükəsizlik qüvvələrinin qərargahı da atəşə tutulub.

Qəzet qeyd edir ki, münaqişə artıq başa çatıb. Onun səbəbi məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin