Avropa İttifaqı Moldovaya mülki missiya göndərəcək

Hazırda oxunan: Avropa İttifaqı Moldovaya mülki missiya göndərəcək

123939

Bir sıra Avropa İttifaqı ölkələri bu yay Moldovaya mülki missiya göndərmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti Avropa Xarici Fəaliyyət Xidmətindəki mənbələrə istinadən yazıb.

Məlumata görə, bu missiya çərçivəsində Aİ-dən olan ekspertlər ədliyyə, polis, gömrük, kiberhücumlarla və dezinformasiya ilə mübarizə sahələrində məsləhətləşmələr aparacaqlar.

Nəşrin məlumatına görə, planlaşdırılan missiya Moldova hökumətinin sorğusuna cavab olaraq göndəriləcək və Kişinyovun Ukraynadakı münaqişə ilə bağlı narahatlığı ilə bağlıdır.

Qeyd olunuv ki, Baltikyanı ölkələr, Almaniya, Polşa, İsveç, Çexiya, Portuqaliya, Rumıniya və Danimarka Moldovaya mülki missiyanın göndərilməsi təşəbbüsünü dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin