Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” bazar iştirakçılarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ən çox nağd ABŞ dolları çatışmazlığı Şri-Lanka, Nigeriya, Pakistanda müşahidə olunur.
“Şri-Lankada xəstəxanalar əməliyyatları təxirə salır. Nigeriyada beynəlxalq uçuşlar dayandırılıb. Pakistanda avtomobil zavodları bağlanıb. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrinin bəzilərində vəziyyət ağırdır. ABŞ dollarının qıtlığı xammaldan tutmuş dərmanlara qədər hər şeyə çıxışı məhdudlaşdırır”.
Yaxın gələcəkdə bu dövlətlər dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:49 / 05.03.2023
Bu ölkələrdə dollar çatışmazlığı yarandı
Hazırda oxunan: Bu ölkələrdə dollar çatışmazlığı yarandı
Hazırda oxunan: Bu ölkələrdə dollar çatışmazlığı yarandı
123934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.