ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

Hazırda oxunan: ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

123928
Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub.

ABŞ-da Virciniya ştatının Prins-Uilyam dairəsində atışma zamanı bir polis zabiti öldürülüb, daha ikisi yaralanıb.

Oxu.Az xarici KİV-ə istinadən məlumatına görə, hadisə şənbə günü axşam saatlarında baş verib.xa0

Mümkün ev zorakılığı barədə məlumat alan polislər hadisə yerinə gələrkən atəşə tutulublar.

Atışma zamanı, polis zabiti Eşli Quindon həlak olub, güc strukturlarının daha iki əməkdaşı isə ağır yaralanıb.

Məlumat verilir ki, həlak olan xanım zabit şənbə günü polis sıralarında ilk iş gününə çıxmışdır. Cinayətkar saxlanılıb.

Qeyd edək ki, Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin