Ukraynanın sabiq baş prokuroru Viktor Pşonkanın villası indi viran qalıb.
xa0
Daily Mail bildirir ki, iki il əvvəl Ukraynadakı Maydan olaylarından sonra Pşonka vəzifəsindən kənarlaşdırılmış, ölkədən qaçaraq Rusiyaya yollanmışdı.
xa0
Sabiq baş prokurorun Suxoluçyedə yerləşən superlüks, sarayı xatırladan villası qarət olunub. Bu villanı əvvəllər "Vostok" alayının əsgərləri qoruyurdular. Lakin əsgərlər Ukraynanın şərqinə, separatçılarla döyüşlərə yollanandan sonra villa nəzarətsiz qalıb.
xa0
Pşonkanın on milyonlarla dollar dəyərində olan cah-cəlallı villasından qalan indi divarlar, bir də cırıq divar kağızlarıdır.(strateq.az)
xa0
xa0
xa0
xa0
xa0
xa0
xa0
xa0
xa0


































































































