Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb.
“İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır”, - deyə bəyanatda qeyd edilib.
Bununla yanaşı Almaniyanın xarici işlər naziri Annalena Berbok da bu hücumları şokedici adlandırıb. O vurğulayıb ki, iranlı qızların Tehran və Ərdəbildə qorxmadan məktəbə getmək haqları pozulub.
Həmçinin Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayaraq Tehran rejiminin şagirdlərin zəhərlənməsi ilə bağlı məsələdə məsuliyyətsizlik etdiyini və qadınlara, qızlara qarşı zorakılıqlara laqeyd yanaşdığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 04.03.2023
BMT-dən İranda şagirdlərin zəhərlənməsi ilə bağlı BƏYANAT
Hazırda oxunan: BMT-dən İranda şagirdlərin zəhərlənməsi ilə bağlı BƏYANAT
Hazırda oxunan: BMT-dən İranda şagirdlərin zəhərlənməsi ilə bağlı BƏYANAT
123793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.