ABŞ prezidentliyinə yeni NAMİZƏD 

Hazırda oxunan: ABŞ prezidentliyinə yeni NAMİZƏD 

123717

ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür. 

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb. 

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub. 

O, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur.

“Fox News” vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin