Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana evinin qarşısında doğum günü sürprizi edilib.
Bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Məlumata görə, bu gün prezident Ərdoğan cümə namazı üçün evindən çıxdığı vaxt küçədə bir qrup şəxslərin toplaşdığını görüb.
Bildirilir ki, vətəndaşlar prezidentin 62-ci doğum gününü təbrik etmək üçün toplaşıblar.
Verilən məlumata görə, Ərdoğan avtomobildən enərək, vətəndaşlarla bir müddət söhbət edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda anadan olub.(Musavat.com)



































































































