“Ukrzaliznıtsya” dəmiryolu şirkəti idarə heyətinin rəhbəri Aleksandr Kamışin Ukrayna Prezidenti Volodimir Zelenskinin ştatdankənar müşaviri təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.
Xatırladaq ki, fevralın 27-də Aleksandr Kamışin “Ukrzaliznıtsya” şirkətinin idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bizim.Media