İraqda türkmənlərin kompakt yaşadığı Kərkük əyalətində türk dilinin istifadəsi qanuniləşir.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, İraqın baş naziri Məhəmməd Şiya Əlsudaninin imzaladığı qərara əsasən, Kərkük əyalətində rəsmi yazışmalar və dövlət idarələrində türk dilinin istifadəsinə icazə verilir.
Qeyd edək ki, bundan öncə türkmənlərin kompakt yaşadığı tarixi torpaqlarında rəsmi olaraq yalnız ərəb və kürd dillərindən istifadəyə icazə verilirdi.
Bu, türkmənlərin sərt etirazları ilə qarşılaşmış və geniş narazılıqlardan sonra türk dilinin istifadəsi barədə rəsmi qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:26 / 03.03.2023
İraqda türk dilindən istifadə QANUNİLƏŞİR
Hazırda oxunan: İraqda türk dilindən istifadə QANUNİLƏŞİR
Hazırda oxunan: İraqda türk dilindən istifadə QANUNİLƏŞİR
123561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.