29 yaşlı ABŞ-lı gəncin atasi ilə nişanlısının xəyanəti haqqında paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yazıda gənc oğlan təxminən 6 il görüşdüyü sevgilisi ilə ötən ilin mart ayında toy etmək fikrində olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Son günlər artan qadın qətllərinin günahkarı kimdir? – Xəyanət yoxsa ...
Lakin koronavirus pandemiyasına görə toyu təxirə düşən gəlin, qaynatası ilə eşq macərası yaşamağa başlayıb.
Gənc oğlan sevgilisinin ona biganə yanaşmasından şübhələnərək, qəfildən qızın evinə gəlmək fikrinə düşüb.
Qapını açan sevgilisini alt paltarda, atasının isə tələsik geyindiyini görən “Romeo” iki sevdiyi insanın ona xəyanət etdiyini anlayıb. Onun nişanlısı isə qaynatasını sevdiyini, öz hissləri ilə bacara bilmədiyini etiraf edib.
“O, mənə çox əzizdir. Onu çox sevirəm və onsuz yaşaya bilmərəm”.
Bu hadisədən sonra uzun müddət içki ilə özünü təsəlli etdiyini etiraf edən keçmiş adaxlıya zərif cinsin nümayəndələri tərəfindən evlilik təkliflər yağıb.
Bizim.Media