Xəbər verdiyimiz kimi martın 2-də Moldova parlamenti dövlət dili haqqında qanunu birinci oxunuşda təsdiqləyib və “Moldova dili” ifadəsi “rumın dili” ifadəsi ilə dəyişdiriləcək.
Bizim.Media xəbər verir ki, səsvermə mübahisəsiz ötüşməyib.
Belə ki, qanun layihəsinin təqdimatı zamanı səsverməyə etiraz edən kommunistlər və sosialistlər blokunun deputatları referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışları əks etdirən plakatlar nümayiş etdiriblər.
Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra onlar arasında dava düşüb.
Daha sonra kommunist deputat mikrofonu götürərək “Moldova, Moldova” qışqırmağa başlayıb. Dava mikrofon söndürüldükdən sonra da bir müddət davam edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media