Ermənistanın keçmiş Baş Qərargah rəisləri 44 günlük müharibə ilə bağlı DİNDİRİLƏCƏK

Hazırda oxunan: Ermənistanın keçmiş Baş Qərargah rəisləri 44 günlük müharibə ilə bağlı DİNDİRİLƏCƏK

123332

Ermənistan parlamentinin 44 günlük müharibə zamanı baş verənləri tədqiq edən komissiyası keçmiş Baş Qərargah rəislərini, hətta həbsdə olan müdafiə nazirini də dindirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, hazırkı Baş Qərargah rəisi Eduard Asryanla söhbətdən sonra onun sələfləri də dəvət olunacaq ki, onların sırasında Onik Qasparyan, yararsız raketlərin tədarükündə ittiham olunan Artak Davtyan da yer alır.

Dindirilmə növbəsinin sabiq müdafiə nazirlərinə, o cümlədən 2020-ci il müharibəsi zamanı MN rəhbəri vəzifəsində çalışan və hazırda həbsdə olan David Tonoyana çatacağı da istisna edilmir.

Nəşrin yazdığına görə, müstəntiqin ziyarət qadağasına baxmayaraq, komissiya üzvlərinin Tonoyanla hazırda saxlandığı cəzaçəkmə müəssisəsində görüş keçirməsi artıq qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin