İsrailli əsgərlər səhvən öz zabitini vurdu

Hazırda oxunan: İsrailli əsgərlər səhvən öz zabitini vurdu

123273
Moderator.az xəbər verir ki, İsrail əsgərlərinin bir Fələstinliyə açdıqları atəş nəticəsində səhvən vurulan İsrailli zabitin öldüyü bildirilir.

İsrail radiosunun xəbərinə görə, İsrail əsgərlərinin bu gün "stabbing cəhdində" olduğu iddiasıyla bir Fələstinlinin açdığı atəşlə yaralanan İsrailli öldü.
İsrail ordusundan verilən açıqlamada, ölən İsraillinin, İsrail ordusunda ehtiyat zabit olduğu ifadə edilir.
Hadisədə yaralanan Fələstinlinin isə xəstəxanada müalicə altına alındığı bildirilir.
İsrailin fələstinlilərə hücumları və Yəhudi mühacirlərin Məscidi-Əqsaya istiqamətli basqınları səbəbiylə oktyabr ayından bu yana bölgədə yaşanan hadisələrdə ölən İsraillilərin sayı 32-yə yüksəlib.

Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin