Yapon alimləri qocalmanı gecikdirməyin yolunu tapdı

Hazırda oxunan: Yapon alimləri qocalmanı gecikdirməyin yolunu tapdı

12327

Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, yaşlanma prosesi bədəndə bölünmə qabiliyyətini itirərək yığılıb iltihab və qocalmaya səbəb olan hüceyrələr səbəbindən baş verir.

Yapon alimləri GLS1 fermentini yox etməklə “qocalma hüceyrələrini” məhv edən mexanizm hazırlayıblar. Mütəxəssislər tədqiqatlarını siçanlar üzərində uğurla sınaqdan keçiriblər.

Artıq klinik sınaqların ilk mərhələsindən keçən dərmanın istifadəsi təklif olunur.

Yaponiyada hesab edirlər ki, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmanın müalicəsi olaraq istifadə edilə bilinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin