34 nəfər soyuqdan öldü

Hazırda oxunan: 34 nəfər soyuqdan öldü

12324

ABŞ-da hökm sürən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı məlumat yayıb.

Mənbə bildirir ki, son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 34-ə çatıb və ən çox ölüm halı Texas ştatında qeydə alınıb.

Belə ki, bu ştatda 20 nəfər pis hava şəraitinə görə dünyasını dəyişib.

Son məlumatlara görə, qar fırtınası səbəbindən təxminən 300 min Texas sakininin işığı, 260 mindən çoxunun suyu yoxdur.

Eyni zamanda, ştat ərazisinin əhəmiyyətli hissəsində bu yerlər üçün anormal sayılan soyuq hava şəraiti hökm sürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin