“Ermənistan Rusiyanı cəzalandıracaq, ya da əksinə” – Erməni politoloq

Hazırda oxunan: “Ermənistan Rusiyanı cəzalandıracaq, ya da əksinə” – Erməni politoloq

123204

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri erməni isteblişmentini isterikaya salıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri sosial şəbəkədə erməni politoloq Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, maskalar atılıb, Moskva açıq-aşkar Bakıya doğru irəliləyir və Lavrov oradan İrəvanı hədələyir:

“Əslində Ermənistan Rusiyanı cəzalandıracaq, ya da əksinə olacaq”.

Arşakyan hesab edir ki, Lavrov Rusiyanın əhəmiyyətini açıq-aşkar artırır:

“Ermənistanın isə ABŞ, Fransa, Hindistan və ya Aİ kimi güclü tərəfdaşlara ehtiyacı var”.

Politoloqun fikrincə, Ermənistan hakimiyyəti özünü incimiş tərəf kimi tutmamalıdır:

“Öküzün buynuzundan yapışaraq Moskvaya yerini göstərməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin