Hakan Şükür Ərdoğana görə həbs oluna bilər...

Hazırda oxunan: Hakan Şükür Ərdoğana görə həbs oluna bilər...

123198
Türkiyənin futbol üzrə yığmasının sabiq hücumçusu Hakan Şükür dörd il müddətinə azadlıqdan məhrum edilə bilər.   

Moderator.az “Hurriyet”x9də istinadən xəbər verir ki, səbəb Türkiyənin prezidenti Tayyib Ərdoğanı sosial şəbəkədə təhqir etməsidir.

İstanbul prokurorluğu 44 yaşlı Hakana “Twitter”x9d səhifəsində Ərdoğan haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə ittiham irəli sürüb.

Sabiq futbolçunun Türkiyə prezidentini necə təhqir etdiyi, eləcə də istintaqın hansı mərhələdə olduğu barədə məlumat verilmir. Futbolçu karyerası ərzində İtaliyanın “İnter”x9d və “Parma”x9d komandaları, Türkiyənin “Qalatasaray”x9d və İngiltərənin “Blekbern Rovers”x9d komandaların da oynayıb.

Türkiyə yığmasının hücumçusu 112 matç oynayıb. Onun hesabında 51 qol var, milli komandanın tarixində ən yaxşı bombardmançıdır. H.Şükür 2002-ci il dünya çempionatının bürünc mükafatçısıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin