İngiltərə kraliçası ilə gəlininin gəlini arasında "soyuq küləklər əsir"

Hazırda oxunan: İngiltərə kraliçası ilə gəlininin gəlini arasında "soyuq küləklər əsir"

123149

Bizim kimi sıradan insanlara elə gəlir ki, gəlin-qayınana problemi dünyanın sonudur. Qayınana bizə soyuq söz dedi, iynələdi... dərhal “cavab atəşi”x9d ilə susdurmaq üçün qollarımızı çırmayırıq. Halbuki dünyanın önəmli güc mərkəzləri, lider ölkələri rəhbərlərinin həyatında da bunlar baş verir. 


Ötən gün Türkiyənin “Hürriyyet”x9d qəzetində İngiltərə kraliçası II Yelizaveta ilə Şahzadə Vilyamın həyat yoldaşı Keyt Meddleton arasındakı gərginliyin səbəbləri ilə bağlı maraqlı material yer alıb. Məlum olub ki, kral ailəsinə girən Keyt heç də nağıllardakı kimi həyat yaşamır. Bu həyatın olduqca dözülməz tərəfləri də var.

NƏ GEYİMİNDƏN XOŞU GƏLİR, NƏ DƏ SAÇLARINDAN... 

Belə ki, kraliça Elizabet gələcəkdə onun taxtına oturacaq olan nəvəsinin həyat yoldaşı Middletonla bağlı bir çox şeydən narazıdır. Zaman-zaman müəyyən nəzakət qaydaları çərçivəsində bunlara müdaxilə etsə də, çoxunu özünə saxlayırmış. 

Uzun müddət Keyt Middleton geydiyi qısa yubkalar ucbatından tez-tez “külək qurbanı”x9d olurdu. Hətta bir beynəlxalq gəzinti zamanı qısa ətəyini külək qaldırdığı üçün bu mənzərə uzun müddət medianın gündəmində qalmışdı. Rəsmi səfərdəki bu külək qəzasından sonra kraliça özəl bir moda məsləhətçisi ilə danışaraq, gəlininin qarderobunu yenidən düzənləmişdi. Nəticdə Keyt Middletonun yubkasının boyu uzanmış, külək qəzaları da tarixə qarışmışdı. 

Kraliçe onu bir türlü sevemedi

Hər nə qədər Keyt Middleton bir geyimi bir neçə dəfə geyinsə də, kraliça II Yelizabet onun müsrif olduğunu düşünür. Onun tez-tez alış-verişə çıxması isə kraliçanı narahat edir. Kral ailəsini yaxından təqib edən qəzetçilərə görə, kraliça II Yelizabet dünyadakı ən qənaətcil insanlardan biridir. İşin ilginc tərəfi isə odur ki, Keyt Middleton hər nə qədər bu məsələdə kraliçanın qəzəbini üzərinə çəksə də, bir geyimini dəfələrlə geyindiyi üçün xalqın ürəyində çoxdan “qənaətcil düşes”x9d ünvanını qazanıb. 

Keyt Middleton özünü tanıyandan bəri uzun saçlıdır. Amma kraliça bu durumdan heç xoşlanmır. Onun fikrincə, kral ailəsindən olan bir qadının saçları daha qısa və səliqəli olmalıdır. Ötən ay K.Middleton saçlarının uzunluğunu kifayət qədər böyük ölçüdə kəsdirməklə “Yelizabetin qorxusundan etdi”x9d rəylərini yaratmışdı. 

Kraliçe onu bir türlü sevemedi

GƏLİN PALTARINA DODAQ BÜZÜR, AYAQQABILARINA QICIQ OLUR 

Sarayda yaşamaq uzaqdan gözəl görünə bilər. Amma Keyt Middleton və şahzadə Villiam iki uşaqlarını da götürərək, saraydan köçüblər və Norfolkda yaşayırlar. Hətta şahzadə Corc orada uşaq bağçasına da gedir. Danişilanlara görə, şahzadə Yelizabet nəvəsi və ailəsinin ondan uzaqda yaşamasından razı deyil. 

Keytin daha bir cəhəti “böyük qayınana”x9dnın narahatçılığına səbəb olub. Evlənmədən öncə parti və əyləncələrə meylli olması ilə tanınan Keytin ailə həyatından sonra da bu cür davam edəcəyi ehtimalı kral ailəsinin kabusu idi, az qala... Amma evlənəndən sonra kral ailəsinin yeni gəlini tamamilə sakit bir həyat keçirdiyi üçün bu məsələ də öz-özünə həll olundu. K.Middleton könüllü şəkildə gecə həyatından əlini ayağını çəkdi. 

Kraliçe onu bir türlü sevemedi

Kraliçaya görə, Keyt Middleton hədsiz dərəcədə günlük qiyafələr geyinir. Kraliça onun bir az daha rəsmi geyinməsini tərcih edir. 

Geyim deyib, keçməyin. Cavan gəlinin geyimi qədər ayaqqabıları da kraliçanı narahat edir. Xüsusən də dəfələrlə geyindiyi üstü açıq platforma ayaqqabılara görə ciddi narazılıqlar yaşanıb. Kraliçaya görə, bu ayaqqabılar olduqca yersizdir. K.Middleton da son zamanlarda daha şıq ayaqqabılar seçərək, kraliçanın sevmədiyi bu tərcihindən vaz keçmiş görünür. 

Geyim deyib, K.Middletonun gəlinlik paltarını da unutmamaq lazımdır. Hər nə qədər bütün dünya heyran olsa və bənzərlərini hazırlatsa da, kraliça nəvəsinin həyat yoldaşının gəlin paltarını çox da bəyənməmişdi. Onun fikrincə, bu gəlinlik qorxunc və ucuz görünür. 

Kraliçe onu bir türlü sevemedi

QAYINANA KEYTİN ANALIÄžINDAN DA NARAZIDIR, ATA-ANASINDAN DA... 

Geyimdən, davranışdan qurtardıq, analığa keçdik. Kraliçaya görə, Keyt Middleton çox da yaxşı ana deyil. İrəli sürülən iddialara görə, düşesin evində çalışan bəzi şəxslər kraliçaya xəfiyyəlik edirlər. 

Onun uşaqlarına nə qədər və necə vaxt ayırması, eləcə də onlarla davranışı barədə kraliçaya məlumat ötürən xəfiyyələr bununla da gəlini qayınanasının (biz ona qayınənə desək, daha doğru olar) gözündən salmağa müvəffəq olublar. Hətta məhz bu xəfiyyəlik söhbətinə görə, Keytin saraydan çıxıb, Norfolka köçdüyü bildirilir. 

Kraliçe onu bir türlü sevemedi

Narazılıqlar bununla bitərmi? Əsla! Qayınana hesab edir ki, Keyt Middleton daha sağlam qidalanmaya fikir verməli, bir neçə kilo almalıdır. Ancaq bu halda yaxşı görünə bilər. Qayınanaların ən çox narazılıq etdiyi məqam isə heç şübhəsiz ki, “qız tərəf”x9ddir, yəni, qızın ailəsi... 

Xəbərlərə görə, Keyt Middleton hər iki övladını dünyaya gətirən vaxt şahzadə Çarlz və həyat yoldaşı Kamilla gedib, körpələri görmədən Middleton ailəsinin Keytə baş çəkməsinə icazə verilməyib. Kraliça eyni zamanda Keytin bacısından da xoşlanmır. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin