Bütün səylərimə baxmayaraq, hörmətli Ərdoğanı Gülən camaatından uzaqlaşdıra bilmədik.xa0
xa0
Axar.az-ın xəbərinə görə, bu sözləri PKK lideri Abdullah Öcalan deyib.xa0
xa0
2013-cü ildə HDP-nın İmralıya gedən heyətinin Öcalanla etdiyi söhbətdən sonra çap olunan “Demokratik qurtuluş və azad həyat”x9d adlı kitabdan seçmələrin növbəti hissəsi mətbuatda tirajlanıb.
xa0
Sözügedən kitabda əksini tapan PKK liderinin sözlərinə görə, Fətullah Gülən camaatı baş naziri bütünlüklə özünə bağlayıb: “Gülən əfəndi Xomeyni kimi Ankaraya gəlsəydi, İrandakı vəziyyət təkrarlanacaq və bütün müxalifəti məhv edən faşizm başlayacaqdı. Gülən camaatının mərkəzi ABŞ-dır.xa0
xa0
Mənə görə, Fətullah bədbəxt adamdır. Mən bura (İmralı həbsxanasını nəzərdə tutur ”“ red.) salınandan Gülən də ABŞ-da saxlanılır. Nur hərəkatını incələyin. Səid Nursi qədim Nurs kəndindəndir. Bu, köhnə erməni kəndidir. Gülən 120 dövlətdə məktəb açıb. Bu pullar haradan gəlir?”x9d
xa0
Xatırladaq ki, 2013-cü il 17 dekabrdan Ərdoğan dövlətin içinə sızan “paralel yapı”x9dya (Gülən camaatının dövlət içində dövlət yaratması) qarşı mübarizəyə start verib. xa0xa0
					































































































