"BMT öz vəzifələrini yerinə yetirə bilmir" ”” ŞOK HESABAT

Hazırda oxunan: "BMT öz vəzifələrini yerinə yetirə bilmir" ”” ŞOK HESABAT

123109
BMT öz vəzifələrini yerinə yetirə bilmir və onun strukturu yenilənməlidir.

Bu haqda "Amnesty International" təşkilatının dərc etdiyi hesabatda deyilir.

Dünyada insan hüquqlarının təminatı sahəsindəki problemlərlə bağlı təşkilatın hazırladığı hesabatda BMT sərt tənqid atəşinə tutulub.

"Müasir dünyada insan hüquqları" adlı illik hesabatda bildirilir ki, BMT nüfuzlu beynəlxalq təşkilat olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir.

"BMT insanları müharibələrin gətirdiyi bədbəxtliklərdən qorumaq üçün yaradılıb. Amma bu gün BMT böyük problemlər qarşısında öz səlahiyyətlərini yerinə yetirə bilmir. Dünyanın hər yerində insan hüquqları pozulur, insanlığı təhlükə altında qoyan prosseslər gedir, amma bu təşkilat heç bir tədbir görə bilmir", "Amnesty International"ın illik hesabatında belə vurğulanır.(Ölkə.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin