Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında keçirilən görüşdə bildirib.
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib.
O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko ölkəmizə səfərindən məmnunluğunu bildirib.
O, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:54 / 28.02.2023
Ali Radanın nümayəndəsi ölkəmizə Ukraynaya göstərilən dəstəyə görə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ali Radanın nümayəndəsi ölkəmizə Ukraynaya göstərilən dəstəyə görə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ali Radanın nümayəndəsi ölkəmizə Ukraynaya göstərilən dəstəyə görə TƏŞƏKKÜR ETDİ
123072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.