Ərdoğan zəlzələ bölgəsindən təxliyə edilənlərin sayını AÇIQLADI 

Hazırda oxunan: Ərdoğan zəlzələ bölgəsindən təxliyə edilənlərin sayını AÇIQLADI 

123043

"Bu günə qədər zəlzələ bölgəsindən ümumilikdə 20 300 vətəndaşımız təxliyə edilib".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı brifinqdə deyib.

Ərdoğan deyib ki, bu rəqəmlərə öz rayon və kəndlərinə qayıdanlar, həmçinin qohumlarının yanına gedənlər aid deyil:

“Çadır kənd və konteyner kəndlərin yaradılması prosesi davam edir. Hazırda çadırlarda, yataqxanalarda və digər bu kimi yerlərdə 461 000 vətəndaşımız yerləşdirilib. Təkcə Kahramanmaraşda qurulan çadır sayı 77 000-ə yaxındır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin