Kamran Əliyev Litvalı nümayəndə ilə Aİ-nin layihəsini MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Kamran Əliyev Litvalı nümayəndə ilə Aİ-nin layihəsini MÜZAKİRƏ ETDİ 

122897

Fevralın 27-də Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 
 
Bildirilib ki, görüşdə Avropa İttifaqının cinayət yolu ilə əldə olunmuş əmlakların bərpası sahəsində həyata keçirilən Tvinninq layihəsinin icrası və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verilib.

Mütərəqqi informasiya texnologiyarının tətbiq edildiyi və hazırda test rejimində fəaliyyət göstərən EPİS platforması qonaqların marağına səbəb olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin