“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” imzalanıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsindən (DGK) Bizim.Media-ya verilən məlumata görə, sənəd DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlk etdiyi nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə işgüzar səfəri çərçivəsində bu ölkənin Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovskiylə görüşündə imzalanıb.
Görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Eyni zamanda Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib.
Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:48 / 27.02.2023
Azərbaycanla Belarus arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycanla Belarus arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycanla Belarus arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı İMZALANDI - FOTO
122892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.