Bu günlərdə Rusiya hökuməti 200 milyon dollarlıq ixrac krediti hesabına Ermənistana satılacaq silah və hərbi texnikanın siyahısını açıqlayıb.xa0
Həmin siyahıda ən çox diqqəti çəkən “Smerç”x9d reaktiv yaylım atəşi sistemləri və TOS-1A ağır odsaçanları idi. Və neçə gündür ki, bu silah sövdələşməsi Ermənistanda müzakirə olunmaqdadır.
Məsələ burasındadır ki, ötən il Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda istər prezident Serj Sərkisyan, istər müdafiə naziri Seyran Ohanyan bu kredit hesabına “ən yeni silah və hərbi texnikanın alınacağını”x9d bəyan etmişdilər.xa0
Lakin indi rəsmi müqavilə və ona əlavə sənədi açıqlananda məlum olub ki, Rusiya Ermənistana heç də iddia edildiyi kimi “ən yeni silahları”x9d deyil, istehsal tarixi 20-30 ildən çox olan köhnə silahları satacaq. Və bunlar Azərbaycanın Rusiyadan aldığı müasir silahlarla müqayisədə taktiki-texniki gösəricilərinə görə heç cür uzlaşmır.

Lragir.am saytı yazır ki, sənəddə ən çox diqqəti çəkən “Smerç”x9d reaktiv sistemləri və TOS-1A “Solntsepyok”x9d xa0odsaçanlarıdır. Lakin Ermənistana satılan “Solntsepyok”x9d 2004-cü il modifikasiyası olan 9M531 raketləri ilə təchiz olunub və T-72 tankının şassisi üzərində yığılıb. Sayt qeyd edir ki, bununla müqayisədə Azərbaycana satılan “Solntsepyok”x9d tamamilə yenidir və T-90 tankının bazasında yığılıb. Nəticədə çətin keçilən dağlıq ərazilərdə hərəkət etmək imkanlarına malikdir.
Ermənistana satılan “İqla-S”x9d daşınan zenit-raket kompleksi və “Avtobaza-M”x9d passiv radar stansiyası da 2000-ci illərin əvvəllərində istehsal olunub. Qalan silah növləri isə daha köhnədir. Məsələn, “Konkurs”x9d tank əleyhinə kompleksləri 1974-cü ildən istismar olunur, sonuncu dəfə 1991-ci ildə modernizə olunub. RPQ-26 əl qumbaraatanları isə 1985-ci ildən bəri modifikasiya olunmur.
Müqavilədən məlum olur ki, Ermənistana bu ölkə KİV-lərinin iddia etdiyi kimi tank yox, tank mühərriklər satılıb. Özü də 1966-cı il modeli olan B-84 mühərriki. BMP-lər üçün alınan UTD-20 mühərriki isə 1984-cü il modifikasiyasıdır.
Ermənistana satılan silahların içərisində Azərbaycanın Rusiyadan son illərdə aldığı “Pantsir-S”x9d hava hücumundan müdafiə sistemləri, S-300 PMU2 “Favorit”x9d zenit-raket kompleksləri, “Xrizantema”x9d və “Kornet”x9d tank əleyhinə sisemlər, “Msta-S”x9d və “Vena”x9d özüyeriyən artilleriya qurğuları, yaxud Mi-35 və Mi-17 vertolyotları yoxdur. Sayt yazır ki, əslində Ermənistana satılan silahların anbarlarda qalıb pas atan silahlar olduğu istisna deyil.

Sayt qeyd edir ki, iddia edildiyi kimi Ermənistana heç bir tank və ya digər müasir zirehli texnika satılmayıb. Zirehli texnika adına siyahıda olan təkcə QAZ avtomobilinin bazasında yığılmış yüngül zirehli “Tiqr”x9d avtomobilidir. Müqayisə üçün qeyd olunur ki, Rusiya son illərdə Azərbaycana 150 tank, yüzlərlə BMP-3 və BTR-80 satıb.
Kredit müqaviləsində Ermənistana heç bir hava texnikasının satılmasından söhbət getmir. Sayt xatırladır ki, Rusiya hələ 5 il əvvəl Azərbaycana 1000-dən çox “İqla”x9d, 2 diviziyon S-300 PMU2 “Favorit”x9d kompleksi satıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiəsi o qədər güclənib ki, Ermənistan hərbi hava qüvvələrini mümkün müharibədə tətbiq etmək ümumiyyətlə mümkün olmayacaq. Ermənistana 2010-cu ildə satılan S-300PS kompleksləri isə köhnə modifikasiyalıdır, “Favorit”x9də nisbətən hədəfi vurma məsaəsi iki dəfə azdır.xa0
Azərbaycanın aldığı kompleks Ermənistana satılan S-300 komplekslərinə nisbətən 6 dəfə çox hədəfi izləyir və raketləri 2.5 dəfə sürətlidir. Ona görə də bu disbalansı Ermənistana satılan “İqla”x9d və “Avtobaza-M”x9d-lə kompensasiya etmək mümkün deyil.

Sənədə əsasən Ermənistana minaaxtaran, ekskavator texnikası və qaldırıcı kran, “Kamaz”x9d avtomobilləri, komandirlər və sanitarlar üçün UAZ-lar da satılacaq. Və “Smerç”x9dləri və “Solntsepyok”x9dları istisna etməklə siyahıda başqa heç bir hərbi texnika və müasir silah yoxdur.(musavat.com)






























































































