Koronavirus pandemiyası elan olunduqdan sonra açıqlamaları ilə tez-tez gündəmə gələn Bill Qeyts indi də təbii ətdən imtinaya çağırıb.
Bizim.Media xəbər verir ki, milyarder ancaq bu yolla planeti xilas etməyin mümkünlüyünü açıqlayıb, bütün zəngin ölkələr 100%-lik sintetik mal ətinə keçməlidirlər:
MÖVZU İLƏ BAĞLI:
Bill Qeyts bəşəriyyəti gözləyən yeni təhlükədən danışıb
“Dünyada 1,4 milyard baş iribuynuzlu mal-qara var. Hesab edirəm ki, insanların yeni ağız dadına ehtiyacı var. Varlı ölkələrin vətəndaşları nə yediyinə diqqət etməlidir. Düşünmürəm ki, kasıb ölkənin əhalisi sintetik ət yesin.
Ancaq varlı ölkələr 100 faiz sintetik ətə keçməlidir. İanıram ki, gələcək zamanda istehsalçılar da sintetik ətin dadlı olması üçün əllərindən gələni edəcək”, – deyə o bildirib.
B.Qeyts bitki mənşəli zülallara keçidin heyvandarlığın istehsalında metan tullantılarıyla mübarizəyə kömək edəcəyinə ümid etdiyini deyib.
Gül Qədirli, Bizim.Media