Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin İranı tərk etməsinə icazə verilib.
Bizim.Media “ir.voanews.com” saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin səyahət qadağası aradan qaldırılıb.
Fransanın paytaxtı Parisə yollanan Əli Daei İnstagram səhifəsi vasitəsilə FIFA prezidenti Canni İnfantino ilə birgə şəklini paylaşıb.
İran millisinin ən məhsuldar futbolçusu kimi tarixə düşən keçmiş hücumçu isveçrəli funksionerin dəvəti ilə bu gün Parisdə keçiriləcək "The Best" mükafatlandırma mərasiminə qatılacaq.
Qeyd edək ki, ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci ilin oktyabrında Əli Daenin pasportunu müsadirə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:22 / 27.02.2023
İran azərbaycanlı futbolçunun ölkəni tərk etməsinə icazə verdi
Hazırda oxunan: İran azərbaycanlı futbolçunun ölkəni tərk etməsinə icazə verdi
Hazırda oxunan: İran azərbaycanlı futbolçunun ölkəni tərk etməsinə icazə verdi
122755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.