Ukraynanı “Evrovision 2016”x9d müsabiqəsində krım tatarlarından olan Jamala təmsil edəcək.
Ukrayna KİV-i xəbər verir ki, Jamala müsabiqədə krım tatarlarının deportasiyasından bəhs edən “1944”x9d adlanan mahnı ifa edəcək. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.
Xatırladaq ki, 1944-cü ilin mayında 200-mindən çox krımlı ruslar tərəfindən sürgünə məruz qalmışdı.
Qeyd edək ki, Jamala tatar və erməni ailəsində doğulub.(“Qafqazinfo”x9d )


































































































