Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondunun məlumatında bildirilir.
Nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib.
Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb.
Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edirlər.
Bizim.Media