Fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş izdihamlı Ümumavropa Xocalı aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, Avropadakı Azərbaycan diaspor qurumlarının təşkilatçılığı ilə keçirilən aksiyada Avropanın 31 ölkəsindən, ümumilikdə isə 74 şəhərdən soydaşlarımız, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri və xarici jurnalistlər iştirak edirlər. Aksiyada Azərbaycanla bərabər, müxtəlif ölkələrin bayraqları dalğalanır.
Tədbir Azərbaycan və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçənlərin, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyada BMT-nin bütün rəsmi dillərində şüarlar səsləndiriləcək, beynəlxalq ictimaiyyətə ədalət çağırışları ediləcək.
Bizim.Media