“31 il əvvəl bu gün dünya bəşəriyyət adına utancverici bir soyqırıma, qırğına şahid oldu".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuq Bayraktar Tvitterdə yazıb.
“Qardaşlarımızın və bacılarımızın çəkdiyi acıları, Xocalı soyqırımını unutmadıq, unutmayacağıq! Şəhid qardaşlarımızı ve bacılarımızı rəhmətlə yad edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:09 / 26.02.2023
Selcuq Bayraktar: “Xocalı soyqırımını unutmadıq” - FOTO
Hazırda oxunan: Selcuq Bayraktar: “Xocalı soyqırımını unutmadıq” - FOTO
Hazırda oxunan: Selcuq Bayraktar: “Xocalı soyqırımını unutmadıq” - FOTO
122657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.