Almaniya qəzeti “Dünya müharibəsinin ssenarisi”x9dndən yazdı

Hazırda oxunan: Almaniya qəzeti “Dünya müharibəsinin ssenarisi”x9dndən yazdı

122648
Almaniyanın "Welt" qəzeti bugünkü yayımında dünya liderlərinin fotolarını manşet edərək, “Dünya müharibəsinin ssenarisi”x9d başlıqlı altında məqalə dərc edib.

Qəzetin siyasət səhifəsində yenə tam səhifə verilən xəbərdə dünya müharibəsi ehtimalına yer verilib.

Verilən xəbərdə diqqət çəkən məqamlar belədir: “Suriya böhranında lider dövlətərin qarşılıqlı maraqları şiddətlə toqquşur. Qlobal qarşıdurmalar artıq qaçılmaz olub. Fikirləşin ki, müharibə oldu. Hərbi qarşıdurma ssenarisi içində Rusiya-ABŞ qarşıdurması baş tutarmı?

"Barıt çəlləyi" halına gələn Suriya bütün fəlakət ssenarilərinə açıqdır. Lider dövlətlər arasında qarşıdurma və müharibə uzun müddət idi ki, düşünülmürdü. Artıq hər şey ola bilər. Böyük müharibələr həmişə xırda səbəblərdən meydana gəlib.

Rus, amerikan, türk qırıcı təyyarələri havada açıq ova çıxdılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz pilotlarına "yaşıl işıq" yandırdı. Türkiyə-Suriya sərhədində hava qarşıdurmalarının yaşandığı dəyişik müharibə ssenarisi açıqlandı.xa0

Fransa prezidenti Fransua Olland ötən həftə verdiyi açıqlamada bildirdi ki, Türkiyə və Rusiya arasında hər an müharibə baş verə bilər. Prezident Ərdoğan NATO-nu müharibəyəmi çəkmək istəyir?”x9d(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin