Məlum olduğu kimi, Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski türk ordusunun Suriyaya daxil olacağı təqdirdə Türkiyədə kürd və ermənilərin vasitəsi ilə kütləvi terror aktları həyata keçirəcəklərini bildirib.
Maraqlıdır, Rusiyanın kürd və ermənilərin vasitəsi ilə Türkiyədə kütləvi terraktlar keçirməsi mümkündürmü? Rəsmi Ankaranın bu hədədən qorxması üçün əsası varmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Qabil Hüseynli Rusiyanın kürdlərə böyük miqdarda vəsaitlər sərf etdiyinə diqqət çəkdi:
“Jirnovski qeyri-ciddi adamdır və bütün dünya da onu belə tanıyır. Lakin bu da bir həqiqətdir ki, Rusiya ilə zarafat etmək olmaz. Rusiya kürdlərə böyük miqdarda maya qoyur. Onlara ciddi maliyyə vəsaitləri ayırır. Hesab edirəm ki, bu gün kürd faktoru Türkiyə üçün erməni faktorundan daha təhlükəlidir. Çünki ermənilər Türkiyə ilə qarşıdurmaya keçərsə, türklər onları qısa müddətdə məhv edər. Ermənilər bunu bilir. Kürdlərlə bağlı isə situasiya fərqlidir. Hesab edirəm ki, istənilən halda Türkiyə diqqətli olmalıdır”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0
xa0

































































































