ABŞ və Rusiya Suriya məsələsində anlaşıb...
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev və Kreml Cenevrədə keçirilən görüşlərdə Suriyada müvəqqəti bir atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər.
Bununla belə terrorçu təşkilatlar və onların fəaliyyəti ilə bağlı qarşılıqlı kəşfiyyat məlumatlarının bölüşməsi də razılaşmada əksini tapıb.
Atəşkəs barədə razılıq əldə edilsə də, bu atəşkəsin nə zaman reallaşacağı bəlli deyil.
































































































