Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşın birinci ildönümündə Amerika İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, ABŞ Ticarət Departamenti 4 sərəncam verib, onlardan biri Rusiyanın İran dronlarından istifadəsinin qarşısını almaq üçün İrana yeni ixrac məhdudiyyətləri qoyur.
Amerika ilə yanaşı, Britaniya da SEPAH-ın Qüds qüvvələrinin aviasiya sənayesinin beş rəsmisinə sanksiya tətbiq edib. Bu barədə fevralın 24-ü Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bildirilir ki, bu addım İranin istehsal etdiyi dronların Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya təhvil verilməsinə görə atılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:54 / 25.02.2023
ABŞ və Britaniyadan İrana qarşı yeni SANKSİYALAR
Hazırda oxunan: ABŞ və Britaniyadan İrana qarşı yeni SANKSİYALAR
Hazırda oxunan: ABŞ və Britaniyadan İrana qarşı yeni SANKSİYALAR
122523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.