Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında müddətdə ən azı 24 Şahed-136 PUA-nın vurub. "PUA-lardan istifadənin olmaması, ehtimal ki, Rusiyanın hazırkı ehtiyatının tükəndiyini göstərir. Rusiya yəqin ki, tədarük axtaracaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirir.
Məlumatda qeyd olunur ki, bu silahlar nəzərdə tutulan hədəfləri məhv etməkdə tam uğurlu olmasa da, Rusiya çox güman ki, onları Ukraynanın hava hücumundan müdafiəsini daha effektiv Rusiya qanadlı raketlərindən yayındıra biləcək faydalı vasitələr kimi istifadə edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:14 / 25.02.2023
"Rusiyanın İran istehsalı PUA-ları tükənib" - Britaniya Kəşfiyyat Xidməti
Hazırda oxunan: "Rusiyanın İran istehsalı PUA-ları tükənib" - Britaniya Kəşfiyyat Xidməti
Hazırda oxunan: "Rusiyanın İran istehsalı PUA-ları tükənib" - Britaniya Kəşfiyyat Xidməti
122484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.