Hindistanda dörd maoçu-döyüşçü öldürülüb

Hazırda oxunan: Hindistanda dörd maoçu-döyüşçü öldürülüb

122248
Bu gün Hindistanın şərqində Jarxand ştatında ən azı dörd maoçu-döyüşçü öldürülüb.xa0

Moderator.az “TASS”x9d-a istinadən xəbər verir ki, doqquz saat davam edən silahlı atışma nəticəsində iki polis yaralanıb. Əməliyyat cümə axşamı günü hüquq-mühafizə orqanlarının Rançi mahalında 40 nəfərdən ibarət maoçu dəstənin hərəkəti haqqında məlumat aldıqdan sonra başlayıb.

Döyüşçülərin çoxu qaçmağı bacarıb. Hal-hazırda onların axtarışı davam edir. Əməliyyata əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

1980-cı ildən Hindistanda maoçu-döyüşçülərin hücumları nəticəsində 20 mindən çox adam həlak olub, ölənlərin əksəriyyəti mülki şəxslər olub. 2010-cu ildə 1100 adam qətlə yetirilib. 2014-cü ildə hücumlar nəticəsində 600 adam həyatını itirib.

2013-cü ilin may ayında hökümətin milli təhlükəsizlik üçün əsas təhdid adlandırdığı maoçular Çxattisqarxada son illərin ən böyük hücumunu ediblər. Onlar Hindistan Milli Konqresi (HMK) partiyasının bölgə şöbəsinin siyasətçilərinin konvoyuna hücum ediblər. Bu hücum nəticəsində Çxattisqarxe Hindistan Milli Konqresi (HMK) şöbəsinin rəhbəri Maxenda Karma daxil olmaqla 24 nəfər həlak olub. Aldığı yaralardan İndira Qandi hökumətində müxtəlif nazir vəzifələrini yerinə yetirən Vidya Şukla da həlak olub.

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin