Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra 8,5 mindən çox yeartı təkan qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD-ın Zəlzələ və Risklərin Azaldılması şöbəsinin rəhbəri Orhan Tatar məlumat verib.
“Hazırda 8550 dəfə təkrarlanan yeraltı təkanlar qeydə alınıb. 17 gündə adətən orta hesabla 4 ayda qeydə aldığımız qədər zəlzələlər olub. Zəlzələlər hər 3 dəqiqədən bir fasilə ilə baş verir.
Bu təkanların əksəriyyəti əhali tərəfindən hiss edilir”, - deyə Tatar bildirib.
Tatar qeyd edib ki, ilk güclü zərbələrdən sonra geoloji zəncirvari reaksiya başladığından yaxın günlərdə yenidən 5 bal gücündə zəlzələ gözlənilir.
O vətəndaşları qəzalı binalardan uzaq durmağa çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 24.02.2023
AFAD-ın şöbə rəhbəri XƏBƏRDALIQ ETDİ: Yaxın günlərdə yenə güclü zəlzələ ola bilər
Hazırda oxunan: AFAD-ın şöbə rəhbəri XƏBƏRDALIQ ETDİ: Yaxın günlərdə yenə güclü zəlzələ ola bilər
Hazırda oxunan: AFAD-ın şöbə rəhbəri XƏBƏRDALIQ ETDİ: Yaxın günlərdə yenə güclü zəlzələ ola bilər
122238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.