Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib.
Səfir Ankara Universitetinin rektoru Necdet Ünüvarın müşayəti ilə Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçüklerin səhhəti ilə maraqlanıb:
“Hörmətli Prof.Dr. Necdet Ünüvardan uşaqların sağlamlıq durumu ilə bağlı məlumat aldıq. Uşaqlarımıza Azərbaycanı hər zaman yanlarında hiss edəcəkləri hədiyyələr təqdim etdik, onlarla və yaxınları ilə söhbət etdik, ən xoş arzularımızı çatdırdıq, tezliklə sağalmalarını arzuladıq”.
Bizim.Media
Sayın Prof.Dr. Necdet Ünüvar'dan çocukların sağlık durumuna ilişkin bilgi aldık. Çocuklarımıza her zaman Azerbaycan'ı yanlarında hissedecekleri hediyeler takdim ettik, onlarla ve yakınları ile sohpet ettik, geçmiş olsun dileklerimizi ileterek acil şifalar diledik. pic.twitter.com/giis3sABHq
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) February 23, 2023