“Ukrayna NATO üzvü olacaq” - Britaniyanın Baş naziri 

Hazırda oxunan: “Ukrayna NATO üzvü olacaq” - Britaniyanın Baş naziri 

122135

"Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Britaniya artıq bu ölkənin Alyansla yaxınlaşması üzərində işləyir".

Bizim.Media “Suspilne”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Sunak vurğulayıb ki, Britaniya Ukrayna ordusunun NATO standartlarına cavab verməsi üçün əlindən gələni edir.

"NATO-nun baş katibi ilə Ukraynanın Alyansa üzv olacağı fikrində razıyam. Biz əmin olmalıyıq ki, Ukraynanı təkcə tezliklə deyil, həm də uzunmüddətli perspektivdə dəstəkləməyə davam etmək planı var.

"NATO üzvü olmaq üçün ölkənin standartlara cavab verən daha çox texnikası olmalıdır" - deyə Sunak bildirib.

O qeyd edib ki, bunun üçün Britaniya ukraynalı pilotları NATO standartlarına uyğun hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin