Rusiya federal xidmət rəhbəri Azərbaycanı ittiham etdi...

Hazırda oxunan: Rusiya federal xidmət rəhbəri Azərbaycanı ittiham etdi...

122118
Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”x9d) Azərbaycanı Türkiyə mallarını öz ərazisi vasitəsillə Rusiyaya buraxmaqda ittiham edib.

Qurum rəhbəri Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırmasının şübhəli göründüyünü deyib.

“Azərbaycan və İranın Türkiyənin bitkiçilik məhsullarının öz ərazisi ilə Rusiyaya buraxılmaması barədə öhdəliklərini yoxlayan zaman müəyyən olunub ki, təkcə yanvar ayında Azərbaycandan Rusiyaya tomat ixracı 5 dəfə artıb”x9d.

Sergey Dankvertin sözlərinə görə, fitosanitar sertifikatlarda Azərbaycan tərəfi məhsulun yerli mənşəyə malik olduğunu təsdiq edib. “Rosselxodnadzor”x9d artıq faktla bağlı Azərbaycan rəsmilərinə məktubla müraciət edib.

Federal xidmət Azərbaycandakı tomat istehsalı müəssisələrini təftiş etmək planlarını açıqlayıb.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin