Rusiya yaxın gələcəkdə parçalanacaq...

Hazırda oxunan: Rusiya yaxın gələcəkdə parçalanacaq...

122068
Rusiyanın iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə Suriyada hərbi əməliyyatlara qoşulması ölkə daxilində narazılıqların artmasına səbəb olub. 10 generalı ordudan qovan Putin Sovet İttifaqının Əfqanıstanda yol verdiyi səhvləri təkrarlayır.
xa0
Bu sözləri məşhur türkiyəli politoloq Aygün Attar “Əfqanıstan sindromu”x9d başlıqlı analizində qeyd edib.
xa0
Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynadan sonra Suiyada hərbi əməliyyatlara başlaması şimal qonşumuza baha başa gələcək:
xa0“Rusiya
“Rusiya Türkiyəyə qarşı ABŞ ilə yaxınlaşmalıdır. Çünki ABŞ-ın vitse-prezidenti Co Bayden sonuncu dəfə Ankaradan Suriyanın şimalında bombarmanı dayandırmağı tələb etmişdi. Bu xəbərdarlıq Rusiya ilə ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı birləşməsi üçün ciddi əsasdır. Lakin Moskva bu yolu seçmədi. Artıq Putinin hazırladığı strategiyaya qarşı çıxanlar var. Xüsusilə iqtisadiyyatdakı texnokratlar böhran içində olan ölkənin böyük bir xaosa sürükləndiyinin fərqindədir.
xa0
Rusiya dövlət tarixinin heç bir dövründə vahid bir dövlət olmayıb. Suriyada “Əfqanıstan sindromu”x9d ilə qarşılaşırıq. Sovet İttifaqı 1979-ci ildə Kabil rəhbərliyinin çağırışından sonra ölkəni işğal etmişdi. Lakin işğal məğlubiyyətlə bitdi və sonda İttifaq dağıldı. Putin rejiminin Suriya macərası da bənzər hadisəni xatırladır. Fikrimcə, Suriyadakı mövqeyini davam etdirsə, yaxın gələcəkdə Rusiya parçalanacaq”x9d.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin