Ərdoğan terrorla müharibənin anonsunu verdi...

Hazırda oxunan: Ərdoğan terrorla müharibənin anonsunu verdi...

122056
Millətimizin birliyi və bərabərliyinə qarşı yönəlmiş bu terror aktları bizi bu qüvvələrlə mübarizədə yalnız birləşdirir.

Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə bağlı çıxışında deyib.

"Türkiyənin özünümüdafiə hüququ müzakirə olunmur, biz hüququmuzu hər yerdə və hər zaman, lazım bildikdə istifadə edəcəyik", - deyə Ərdoğan bildirib.

Prezident Ərdoğan həmçinin deyib ki, türk xalqını terrorla qorxutmaq mümkün deyil.

"Biz terrorizmlə mübarizə yolundan dönməyəcəyik, həm Türkiyədə, həm də ölkədən kənar mübarizəni davam etdirəcəyik. Verdiyimiz qurbanlar səbrimizi tükəndirir".

Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin