Xəbər verdiyimiz kimi, Hatayda 4,3 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, zəlzələ yerli vaxtla saat 04:42-də baş verib.
Zəlzələ yerin 7,18 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, 3 gün öncə - fevralın 20-si gecə saatlarında da Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Son iki zəlzələ nəticəsində 6 nəfər ölüb. Yaralı sayı isə 562-dir.
Bölgədə hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olub.
Hataydan son görüntüləri təqdim edirik:
Bizim.Media