ABŞ-dan Türkiyəyə dəstək mesajı...

Hazırda oxunan: ABŞ-dan Türkiyəyə dəstək mesajı...

122031
ABŞ Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktını kəskin şəkildə pisləyib.

 Ağ Evin Beynəlxalq təhlükəsizlik şurasının sözçüsü Ned Prays yaydığı yazılı bəyanatda “ABŞ Ankarada baş vermiş terror hücumunu kəskin şəkildə pisləyir”x9d ifadəsinə yer verib.

Hücumda həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyən Prays “terror təhlükəsi ilə mübarizədə NATO üzrə müttəfiqimiz Türkiyə ilə möhkəm tərəfdaşlığımızı bir daha təsdiqləyirik”x9d, - deyə o bəyan edib.

ABŞ-ın müdafiə naziri Eşton Karter (əsas fotoda) də yaydığı açıqlamada “Müdafiə Nazirliyinin adından Ankaradakı terror hücumunda həyatlarını itərənlərin ailələrinə başsağlığı verirəm”x9d, - deyib.

Karter xain hücumu kəskin şəkildə pislədiyini vurğulayaraq “türk dostlarımızla birlikdəyik”x9d qeyd edib.

Bu hücum terror qarşı apardığımız mübarizədə əməkdaşlığımızı daha da dərinləşdirəcək”x9d, - deyə o vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin