Ərdoğan Putini bu siyasətdən çəkinməyə çağırdı...

Hazırda oxunan: Ərdoğan Putini bu siyasətdən çəkinməyə çağırdı...

122017
Ərdoğan Rusiyanı Suriyada hərbi cinayətlər törətməkdən çəkinməyə çağırıb.
Dünən gecə paytaxt Ankarada baş vermiş terror aktını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinə də toxunub.

Ərdoğan PYD-nin terror təşkilatı olduğunu və Türkiyənin Suriya ərazisində yeni Kandil dağının yaranmasına icazə verməyəcəyini bildirib. O, qeyd edib ki, PYD və YPG-nin mövqeləri türk ordusunun hədəfindədir və onlara Hələbi blokadaya almaq imkanı verilməyəcək.

Daha sonra Rusiyanın Suriyadakı bombardmanlarına toxunan Ərdoğan Moskvanın hərbi cinayətlər törətdiyini vurğulayaraq Putini bu təhlükəli oyundan çəkinməyə çağırıb.(Ölkə.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin