Litva Belarusa qarşı sanksiyaları GENİŞLƏNDİRİR – Bu səbəbə görə 

Hazırda oxunan: Litva Belarusa qarşı sanksiyaları GENİŞLƏNDİRİR – Bu səbəbə görə 

121985

“Ukraynadakı müharibədə dolayısı ilə iştirak edən ölkə kimi Belarusa qarşı sanksiyalar genişləndirilməli və sərtləşdirilməlidir. Çünki o, Rusiya hərbi təyyarələrinin öz ərazisinə enməsinə və yanacaq doldurmasına şərait yaradır”. 

Bizim.Media xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Sky News” telekanalına müsahibəsi zamanı bildirib. 

Nazir qeyd edib ki, Minsk münaqişədə birbaşa iştirak etməsə də Rusiyanın müttəfiqidir və məsuliyyətin bir hissəsini daşıyır: 

"Biz yubanmadan Belarusun hərəkətlərini necə məhdudlaşdırmaq barədə düşünməliyik. Onun iqtisadiyyatına, yeni sanksiyaların tətbiqinə təsir etmək üçün addımlar atmaq lazımdır". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin